" Teatr kollektivi üçün böyük itkidir" - Oleq Əmirbəyov
Mədəniyyət
“Aleksandr Şarovski yalnız istedadlı sənətkar kimi deyil, həm də teatr kollektivinin formalaşmasında və peşəkar ənənələrin qorunmasında mühüm rol oynayan şəxsiyyətlərdən biri olub”.
News24.az xəbər verir ki, bunu akademik Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov xalq Artisti Aleksand Şarovski ilə vida mərasimində deyib. O qeyd edib ki, Şarovski yalnız istedadlı sənətkar kimi deyil, həm də teatr kollektivinin formalaşmasında və peşəkar ənənələrin qorunmasında mühüm rol oynayan şəxsiyyətlərdən biri olub.
“Sənətkarın fəaliyyəti Azərbaycan Dövlət Rus Dram Teatrının tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Onun yaratdığı obrazlar, səhnə fəaliyyəti və teatr sənətinə verdiyi töhfələr uzun illər yaddaşlarda yaşayacaq”.
Direktor bildirib ki, Şarovskinin vəfatı teatr kollektivi üçün böyük itkidir və onun yoxluğu sənət cameəsində uzun müddət hiss olunacaq.