Tom Stoppard vəfat etdi
Mədəniyyət
Britaniyalı dramaturq, rejissor və ssenari müəllifi Tom Stoppard 88 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Tom Stoppard XX əsrin ən məşhur dramaturqlarından hesab edilir. O, kino, radio, teatr və televiziya üçün pyeslər yazıb, Böyük Britaniya Milli Kral Teatrının dramaturqu olub. Onun əsərləri arasında "Rozenkrans və Qildenstern ölüblər", "Arkadiya", "Utopiya sahili", "Rok-n-roll" və digərlərinin adını çəkmək olar.
Bundan başqa, o, Terri Qilliamın "Braziliya", Fred Skepisinin "Rus evi", Con Meddenin "Aşiq Şekspir", Co Raytın "Anna Karenina" filmlərinin ssenari müəllifidir.