Türkiyəli rejissor Qarabağda mina təmizləyənlərdən film çəkir – FOTOLAR

Türkiyəli rejissor Qarabağda mina təmizləyənlərdən film çəkir – FOTOLAR Mədəniyyət

Türkiyəli rejissor Evrim İnci Azərbaycanda film çəkir.

News24.az xəbər verir ki, o, "Addım-addım evə" adlanan sənədli filmin Qarabağ sərhədlərində hər gün minaları təmizləyərək həyatlarını riskə atan insanların hekayələrinə diqqət çəkdiyini bildirib.

"Bu filmdə tamaşaçılar mina təmizləyənlərin təkcə peşə vəzifəsini layiqincə yerinə yetirmələrinə deyil, eyni zamanda müharibədən geridə qalan görünməz təhlükələr içində çalışan bu insanların ümid və mübarizələrinə şahidlik edəcəklər.

“Addım-addım evə” Qarabağa qayıdışın ən riskli işini boynuna götürən qəhrəmanların gözü ilə bir coğrafiyanı yenidən yaşana bilən hala gətirmə prosesini izah edir.

Böyük səbirlə Qarabağ torpaqlarına döşənmiş minlərlə minanın mərhələ-mərhələ təmizlənməsi sənədli filmin mərkəzində dayanarkən hər çıxarılan mina bölgənin yenidən həyata qayıtmasının əlaməti kimi təsvir edilir"- rejissor qeyd edib.

İki qardaş ölkənin ortaq yaddaşını və həmrəyliyini vurğulayan ekran əsəri texniki və hekayə yanaşması ilə yeni nəsil sənədli film dili ilə formalaşır.

Filmin prodüseri Berker Bülbüloğlu, ssenari müəllifi Elif Feyza, məsləhətçiləri Umud Rəhimoğlu və İdris Heydərlidir.

Ekran əsərinin yaradıcı heyətində Melik Külekçi, Anar Veyisov və Fatimə Məmmədova da yer alır.

2026-cı ildə tamamlanması planlaşdırılan “Addım-addım evə” sənədli filminin premyerası həm Azərbaycanda, həm də Türkiyədə keçiriləcək. (Teleqraf)

Türkiyəli rejissor Qarabağda mina təmizləyənlərdən film çəkir – FOTOLAR Türkiyəli rejissor Qarabağda mina təmizləyənlərdən film çəkir – FOTOLAR