"Uşaq Avroviziyası 2025": Azərbaycanın səsləri bəlli oldu
Mədəniyyət
Azərbaycan "Uşaq Avroviziyası 2025" Ermənistana 3 xal verib.
News24.az xəbər verir ki, Azərbaycanın səslərini “Avroviziya–2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə və Xalq artisti Murad Adıgözəlzadənin qızı Leyla Adıgözəlzadə təqdim edib.
Azərbaycandan ək yüksək – 12 xal İtaliyaya verilib. Səslər siyahısında Albaniya, Gürcüstan, San-Marino, Polşa, Fransa, İspaniya, Ermənistan, Kipr və Malta var.
Ermənistandan isə Azərbaycana xal verilməyib.
Xatırladaq ki, bu il "Uşaq Avroviziyası" Gürcüstanın paytaxtı Tbilisidə keçirilir. Azərbaycanı müsabiqədə Yağmur Nəsrullayeva təmsil edir.