"Uşaq Avroviziyası 2025"in qalibi seçildi
Mədəniyyət
"Uşaq Avroviziyası 2025"in qalibi Fransa olub. Bu, Fransanın "Uşaq Avroviziyası" müsabiqəsində 4-cü qələbəsidir.
News24.az xəbər verir ki, ölkəni təmsil edən Lou Deleuze "Ce monde" mahnısı ilə 248 xal toplayıb.

İkinci yerdə 177 xalla Ukrayna, üçüncü yerdə isə 176 xalla Gürcüstan qərarlaşıb.
Azərbaycan 66 xalla 15-ci pillədədir.