Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək

Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək Mədəniyyət

Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn olunacaq.

News24.az xəbər verir ki,bu barədə "Teleqraf"a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O, bildirib ki, aktyorun vida mərasimi sabah saat 13:00-da yaşadığı mənzildə keçiriləcək.

Qeyd edək ki, Vahid Əliyev bu gün uzun sürən xəstəlikdən vəfat edib.