Xalça Muzeyi ilkə - İMZA ATDI - VİDEO

Xalça Muzeyi ilkə - İMZA ATDI - VİDEO Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb.

News24.az xəbər verir ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar Muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Virtual tur çərçivəsində həmçinin ilk dəfə olaraq muzeyə ekskursiya surdo-tərcümə ilə müşayət olunub.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinə virtual tur layihəsi davam etdiriləcək, eyni zamanda rus və ingilis dillərində də təqdim olunacaq.