Xalq artisti ağır xəstəlikdən əziyyət çəkir - ÖZÜ AÇIQLADI
Mədəniyyət
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətində yaranan problemlərlə əlaqədar müalicəsini davam etdirir.
Sənətçi News24.az-a açıqlamasında yeriməkdə çətinlik çəkdiyini bildirib. Məlumata görə, ona Parkinson xəstəliyi diaqnozu qoyulub.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir müddət əvvəl səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.