Xalq artisti anasını itirdiyi qəzadan danışdı
Mədəniyyət
Xalq artisti Brilliant Dadaşova anasını itirdiyi avtomobil qəzasından danışıb.
News24.az OLAY-a istinadla yazır ki, Xalq artisti o toqquşmada maşını atasının idarə etdiyini deyib.
“Atam maşını idarə edirdi. Anam o toqquşmada vəfat etdi. Biz hamımız xəstəxanaya düşdük. Ailəmizdə çox böyük faciə baş verdi. Anamızı itirdik. Ailə dostlarımızdan kimin vəfası var, kimin yoxdur, kim ondan sonra pisliklər elədi”, - deyə, Dadaşova bildirib.
Qeyd edək ki, Brilliant Dadaşovanın mərhum anası qarmon ifaçısı Qızxanım Dadaşovadır.