Xalq artisti əməliyyat olundu - – SON DURUMU
Mədəniyyət
Xalq artisti, tanınmış aktyor Yasin Qarayev əməliyyat olunub.
News24.az bildirir ki, aktyor Yenicag.az-a qısa açıqlamasında səhhətinin yaxşı olduğunu deyib:
“Yanvar ayında səhhətimdə narahatlıq oldu. Həkimə müraciət etdim və əməliyyat olundum. Bu barədə ətraflı danışmaq istəmirəm.
Tanıyanlar da bilir ki, şəxsi problemlərimlə bağlı danışmağı sevmirəm. Əsas odur ki, xəstəxanadan evə buraxılmışam. Şükür, səhhətim yaxşıdır”.