Xalq artisti Şükufə Yusupovanın vəziyyəti AÇIQLANDI
Mədəniyyət
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xalq artistinin müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunub.