Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR
Mədəniyyət
Bir neçə gündür xəstəxanada müalicə olunan sevilən sənətkar Akif İslamzadənin səhhəti normallaşıb.
News24.az xəbər verir ki, bu barədə onun oğlu Ayxan İslamzadə məlumat verib.
“Həkimlərin sözlərinə görə stabildir. Yaxşıdır. Ayağa qalxır, gəzir. Gözləyirik ki, görək nə vaxt palataya keçiriləcək.
Həkimlər deyirlər ki, yaxın günlərdə evə buraxıla bilər. Ürəyi zəif olduğu üçün, təzyiq problemi var. Təzyiqi aşağıdır. Bu gün şükür ki, düzəlib”, - deyə, A. İslamzadə vurğulayıb.
Qeyd edək ki, Akif İslamzadə ürək əməliyyatı edilib. Onun 77 yaşı var.(bizimmedia)