Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar

Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Mədəniyyət

İyunun 23-ü Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları - Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Əli Nur, şair, publisist Baba Vəziroğlu, Əməkdar artist Dilarə Əliyeva, şair İlqar Fəhmi, şair Rüstəm Behrudi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.

Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda S.Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, mayın 20-si Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu - Video - Fotolar