"Vida etmirik, gec-tez yanına gələcəyik" – Video

"Vida etmirik, gec-tez yanına gələcəyik" – Video Mədəniyyət

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov son mənzilə yola salınıb.

News24.az xəbər verir ki, əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılıb. Vida mərasimində onun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Bu gün mən həqiqətən fəxr edirəm ki, Yadigar Muradovun oğluyam. Çünki bu qədər insanın sevgisi bizi tək qoymağa icazə verməyəcək”, – deyə əməkdar artistin oğlu Yaşar Muradov bildirib.

Vida mərasiminə gələn sənət dostları da onun barəsində xoş xatirələr səsləndiriblər.

“Yadigar müəllim onu sevənlərin xatirəsində daim yaşayacaq. Şuşa teatrının adı olan yerdə Yadigar Muradovun adı var. Bundan sonra o bizim yanımıza gələsi deyil, biz onun yanına gedəcəyik”, – Əməkdar artist Teymur Məmmədov deyib.

Həmçinin əməkdar artist Nazir Rüstəmov vurğulayıb ki, Yadigar Muradov yalnız Şuşa teatrından deyil, həm də bütövlükdə Azərbaycan mədəniyyətindən ayrıldı:

“Allah ona rəhmət etsin! Çox gözəl insan idi. Yumoru olan, çox gözəl təşkilatçı idi”.

Ətraflı RTV-nin videomaterialında: