Zaur Rzayev xəstəxanaya yerləşdirildi - Yeniləndi

Zaur Rzayev xəstəxanaya yerləşdirildi - Yeniləndi Mədəniyyət

1952-ci il təvəllüdlü şəxs (Xalq artisti Zuar Rzayev - red.) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.


Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, sentyabrın 5-də müğənninin səhhəti pisləşib və həkim nəzarətinə götürülüb.

Yaxınlarının bildirdiyinə görə, Z.Rzayev reanimasiyadadır: "Böyrək, qaraciyər çatışmazlığından əziyyət çəkir. Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirir. Nəzarətdə saxlayırlar, müalicələr gedir". (Axsam.az)