Çingiz Mustafayev: "Azərbaycana növbəti qələbəni gətirəcəm" - VİDEO
    • 14-05-2019, 13:35
    • 2 356

Çingiz Mustafayev: "Azərbaycana növbəti qələbəni gətirəcəm" - VİDEO

 News24.az-ın Tel-Əviv-ə ezam olunmuş əməkdaşları “Eurovision 2019” Musiqi yarışmasında ölkəmizi təmsil edən müğənni Çingiz Mustafayevdən müsahibə alıb. 

Həmin müsahibəni təqdim edirik:

 - “Eurovision” müsabiqəsində qısa müddət ərzində böyük pərəstişkar ordusu qazanmısınız. Bu günə qədərki təəssüratlarınız necədir?

- Əladır, çünki artıq 10 ilə yaxındır ki, Azərbaycanda ifa edirəm. İnsanlar məni tanıyır. Xalqımın sevgisini qazana bilmişəm.  Amma bunu əcnəbilərdən görmək daha xoşdur.  Çünki şəhərdə gəzəndə mənə yaxınlaşırlar, «Çingiz” demirlər,  “Azərbaycan” deyirlər. Mən də deyirəm,  “Yes”! Həm də şəkil çəkdiririk. Bu, həqiqətən də çox xoşdur.

 - Bildiyimə görə, “Eurovision”a qatılmaq sənin arzun olub.

 - Arzu deməzdim, bir vaxtlar 2011-ci ildə seçim turlarına qatılmışdım. Amma turu keçmək qismət olmadı. Yəqin ki, o zamanlar doğrudan da, hazır deyildim. Amma  bu gün bütün gücümlə burdayam və həqiqəti söyləyəcəm. 

- Ozünü neçənci yerdə görürsən?

- Mən ”Euroivision”a gedəcəyimi bildiyim ilk gündən  beynimdə yalnız birinci yeri tutmuşdum. Heç mahnı və klip yox idi.

  - İlk məşqdən sonra bukmekirlərin qiymətləndirilməsinə görə, 13-cü yerdən 4-cü  yerə  yüksəldin. Bu hal yəqin sənin özünə inamını daha da artırdı...

 - Təbii ki, bu, sevindirici xəbərdir.  Amma mən birinci yerə köklənmişəm.

-  Kimi özünə rəqib görürsən?

 - Desəm ki, heç kimi rəqib görmürəm,  yekəxana səslənəcək. Təbii ki, birinci yerdə olan insanlar  var və onlar hazırda birinci yerdədilər. Amma bu, hələlik belədir. Biz bunu dəyişəcəyik. Özümə çox əminəm. Əlimdən gələni edəcəyəm.

 - Səhnə və dekorasiya məşqdəkindən fərqli olacaq? 

- Səhnədə dəyişiklik olmayacaq. Amma 2-ci finala keçmək özü çox böyük bir uğurdur. Ondan sonra ancaq birinci yeri gözləmək qalacaq. Azərbaycana növbəti qalibiyyəti qazandırmaq üçün var gücümlə çalışıram.

Ülkər Qasımova
Teymur Məmmədov
Bakı-Tel-Əviv