Makedoniya təmsilçisi:
    • 16-05-2019, 16:30
    • 1 656

Makedoniya təmsilçisi: "Səhərimi Çingizlə açıram" - VİDEO

 Şimali Makedoniyanı "Eurovision 2019"da təmsil edən müğənni Tamara Todevska maraqlı açıqlama verib.

News24.az
-a danışan ifaçı səhərini Azərbaycan təmsilçisi Çingiz Mustafayevin mahnısı ilə açdığını bildirib: "İlk növbədə onu deyim ki, sizin mahnınızı çox sevirəm. Çingiz çox yaraşıqlı və möhtəşəmdir. Hər kəsdən Çingizə səs vermələrini istəyəcəm. Günüm Çingizin mahnısı ilə başlayır".

T.Todevska ifa edəcəyi "Proud" mahnısı ilə bağlı da danışıb:  Bu mahnını məxsusi olaraq qızım üçün ifa etmişəm. Ətrafdakıların ona nə deməsindən asılı olmayaraq özü ilə qürür duymasını və heç zaman başınıəyməməsini istəyirəm. İstəyirəm ki, özü kimi olsun və hər zaman özünə inansın. Ümumiyyətlə, bu mahnı hər kəsə aiddir".

Şimali Makedoniya təmsilçisi Azərbaycan tamaşaçılarına da səslənib: "Azərbaycanda heç vaxt olmamışam. Amma bu ölkəyə səfər etmək istəyirəm. Azərbaycan, bizə səs verin və hər zaman özünüzlə qürür duyun!"