"45 yaşlı qadını elə əməliyyat ediblər, yazıq sidiyini saxlaya bilmir" - VİDEO

"45 yaşlı qadını elə əməliyyat ediblər, yazıq sidiyini saxlaya bilmir" - VİDEO Müsahibə

"Bəziləri utanmaz-utanmaz əməliyyat edirlər, baxırsan ki, heç ömründə əməliyyat etməyib".

News24.az xəbər verir ki, bunu tibb elmləri doktoru Sudeyf İmamverdiyev RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

O, bəzi həkimlərin kifayət qədər təcrübəsi olmadan cərrahiyyə əməliyyatları etdiyini və bunun pasiyentlərdə ağır fəsadlara səbəb olduğunu vurğulayıb:

“45 yaşında bir qadın ginekoloji əməliyyatdan sonra elə vəziyyətə düşüb ki, sidiyi ayaqlarının arasından tökülür. Necə yaşayır bu qadın? Elə bil diriykən ölüb yazıq. Mən onu əməliyyat etmişəm, indi sağalır. Məndən qabaq onu iki dəfə başqa həkimlər əməliyyat edib. Niyə? Çünki əməliyyatı özəl klinikada ediblər. Orada kontrol yoxdur. Kim onu kontrol edir? Özəl xəstəxananın rəhbəri maraqlıdır ki, pul gəlsin".

Sudeyf İmamverdiyev məmurların xaricdə müalicə alması ilə bağlı səslənən tənqidlərə də münasibət bildirib. O qeyd edib ki, bunun əsas səbəbi onların maliyyə imkanları ilə bağlıdır:

“İmkanları var deyə xaricə gedirlər. Mən isə həkim olaraq müalicə üçün heç vaxt xaricə getmək barədə düşünməmişəm. Azərbaycanda çox peşəkar mütəxəssislər var".

O, vətəndaşları həkim seçimində diqqətli olmağa çağırıb: "Vətəndaşlar gərək ağıllı yanaşsınlar. Hər kəsə müraciət etmək qorxuludur".