"Avtomatı mənə tuşladı,ürəyimdə dedim ki,taleyim bura qədər imiş"- Fikrət Sadıxov - QARANLIQDA HƏQİQƏT

"Avtomatı mənə tuşladı,ürəyimdə dedim ki,taleyim bura qədər imiş"- Fikrət Sadıxov - QARANLIQDA HƏQİQƏT Müsahibə

“Qaranlıqda həqiqət” verilişinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına verilib.

RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan "Qaranlıqda həqiqət" verilişinin budəfəki qonağı Qərbi Kaspi Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxov olub.

News24.az xəbər verir ki, proqramda Fikrət Sadıxov Xarici İşlər Nazirliyində idarə rəisi kimi fəaliyyət göstərdiyi dövrdə baş verən maraqlı hadisələrdən, diplomatiya və jurnalistika sahəsində qazandığı təcrübələrdən danışıb. O, həmçinin tələbəlik illəri, ailə həyatı və peşəkar fəaliyyətinin müxtəlif mərhələləri ilə bağlı xatirələrini bölüşüb.

Professor dünyanın müxtəlif siyasi xadimləri ilə görüşlərindən də bəhs edib. O, Türkiyənin sabiq Baş naziri Bülənt Ecevit, Kubanın xarici işlər naziri və Finlandiya prezidenti ilə görüşləri zamanı yaşadığı yaddaqalan hadisələri bölüşüb.

Verilişdə diqqətçəkən məqamlardan biri də Fikrət Sadıxovun AZƏRTAC İnformasiya Agentliyinə baş direktor təyin olunması ilə bağlı açıqlamaları olub.

Daha ətraflı RTV-nin videomaterialında: