“Rəhbərin işi kresloda oturmaq deyil, insanların dərdinə şərik olmaqdır"
Müsahibə
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Akademik Musiqili Teatrında çalışdığı zamanlardan danışıb.
News24.az xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.
O deyib ki, aktyorlara göstərdiyi yardımlardan danışmaq istəmir:
“Bu haqda danışmaq istəməzdim. Deyirlər, balığı at dəryaya, balıq bilməsə, xaliq bilər. Fərqi yoxdur harada çalışırsan, səni rəhbər kimi təyin ediblər, təkcə kresloda oturmaq üçün işə getmirsən. Demək ki, rəhbərliyin altında çalışan hər bir insanın halına yanmalısan. Axı rəhbərsən sənin ətrafın daha genişdir, onun problemini həll edə bilərsən. Mən bunu görmüşəm. Atam illərlə vəzifədə olub. Həmişə qapımıza insanlar problemləri ilə gəliblər. Atam da həmişə onu həll etməyə çalışıb, Düşünürəm ki, rəhbər bu funksiyaları yerinə yetirməlidir. Durum deyim ki, filankəs üçün bunu etdim və sairə. Bu mənə yaraşan bir şey deyil. Salyanda bizim evimiz olan küçə atam Hümmət Lalaleyin adını daşıyır. Təsadüfi deyil ki, bütün məhəllə, rayon ona Hümmət lələ deyirdi. Çünki həmişə hər kəsə yardım etməyə, hər kəsin əlindən tutmağa çalışıb. Mən də bu tərbiyəni almışam”.