“Hər dəlikdən aşağı səviyyəli, ibtidai təfəkkürlü adamlar çıxır...” – Ayaz Salayev

“Hər dəlikdən aşağı səviyyəli, ibtidai təfəkkürlü adamlar çıxır...” – Ayaz Salayev Müsahibə

"Qaranlıqda həqiqət" verilişinin növbəti buraxılışı yayımlanıb.

News24.az xəbər verir ki, layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən proqramın budəfəki qonağı kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev olub.

Veriliş zamanı Ayaz Salayev adının yaradıcı işləri ilə yanaşı, qalmaqallarda hallanmasından da danışıb. O qeyd edib ki, belə gündəmə gəlməsi onu çox məyus edir: "Hər dəlikdən çox aşağı səviyyəli, ibtidai təfəkkürlü adamlar çıxır ki, onların üzünə baxa bilmirsən. Bəzi adamlar var ki, hər şeyi öz səviyyəsinə endirməyə çalışırlar. Təbii ki, dörd dili bilən insanlar üç dili bilən adamlardan daha üstündür, eyni üç dili bilənlər iki dili bilənlərdən, iki dili bilənlər bir dili bilənlərdən üstündürlər. Həmin insanlar isə heç bir dili normal bilmir, "c", "ç" hərfini düzgün deməyi bacarmırlar".

Daha ətraflı RTV-nin videomaterialında: