"İlk bayrağı Murovdağ yüksəkliyinə sancdıq" - VİDEO

"İlk bayrağı Murovdağ yüksəkliyinə sancdıq" - VİDEO Müsahibə

"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyevanın aparıcılıq etdiyi “Nəsillərin Divanı” verilişinin ilk buraxılışı yayımlanıb.

News24.az xəbər verir ki, RTV-də yayımlanan ilk buraxılışın qonaqları - Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev olub.

Verilişdə müharibə xatirələrini bölüşən Qəzənfər Ağayev işğaldan azad olunan torpaqlarda ilk dəfə bayrağımızın Murovdağ yüksəkliyinə sancılmasından danışıb:

"Zirvənin azad edilməsindən sonra mövqelərdə möhkəmlənmə prosesi 4-5 gün davam etdi. Bu müddət qidasız və olduqca çətin şəraitdə qadıq. Gecələr hava o qədər soyuq olurdu ki, bir neçə nəfər bir-birimizə sığınsaq da, isinmək mümkün deyildi. Hətta bəzi yoldaşlarım qida tapmaq üçün zirvədən aşağıdakı ərazilərdə bitən otları tapıb yeyirdilər".

Daha ətraflı videoda: