"Mühazirələrimin birində gənc bir qıza aşiq oldum" - Səməd Seyidovdan səmimi etiraflar – Video

 "Mühazirələrimin birində gənc bir qıza aşiq oldum" - Səməd Seyidovdan səmimi etiraflar – Video Müsahibə

Biz müəllim ailəsiyik və mənim üçün də peşə seçəndə artıq sual işarəsi yox idi.

News24.az xəbər verir ki, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində millət vəkili Səməd Seyidov valideynləri barədə danışıb.

O qeyd edib ki, onun babası (Əhməd Seyidov – ilk pedaqoji elmlər doktoru, əlifbanı yazan ilk şəxslərdən biri – red.) və ata-anası da pedaqoq olduqları üçün hansısa başqa bir peşə barədə düşünməyib.

“Anam da həkimliyi bitirib. İndiki Slavyan Universitetində Fiziologiya kafedrasında fiziologiya və gigiyena dərslərini deyirdi. Biz müəllim ailəsiyik. Mənim üçün peşə seçəndə artıq sual işarəsi yox idi. Evdəki bütün kitablar psixologiya, pedaqogikaya aid idi. Mən məktəbi bitirəndə ümummilli liderin təşəbbüsü əsasında azərbaycanlı uşaqları Rusiyanın ali məktəblərinə göndərməyə başladılar. Bu, gözəl fürsət idi. Mən o zaman atamla söhbət edəndə dedim ki, bu fürsət artıq reallıqdır. Evdə kitablarla artıq tanışam və psixologiya üzrə püxtələşmək istəyirəm, peşənizi davam etdirmək istəyirəm. Təbii ki, razılığı aldım”, – Səməd Seyidov deyib.

Daha ətraflı videoda: