Psixoloqun qəbuluna gələn qadınların xəyanət etirafları: "Bilir ki, öləcək, amma dayanmır" - Video

Psixoloqun qəbuluna gələn qadınların xəyanət etirafları: "Bilir ki, öləcək, amma dayanmır" - Video Müsahibə

RTV-də efirə gedən proqramında bu dəfə jurnalist İlham Tumasın qonağı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəf olub.

News24.az xəbər verir ki, verilişdə rəqəmsallaşan dünya, sosial dəyişikliklər və müasir insanın psixoloji durumu ətrafında geniş müzakirə aparılıb. Söhbət zamanı “tənhalıq pandemiyası”, rəqəmsal kimliklərin önə çıxması və real “mən”in arxa plana keçməsi kimi məsələlərə toxunulub.

Qeyd olunub ki, COVID19-dan sonra insanların sosial münasibətlərində ciddi dəyişikliklər baş verib. Rövşən Nəcəf bildirib ki, cəmiyyətdə qəribə rəqabət mühiti formalaşıb. İnsanlar sanki bir-birini üstələməyə, hətta bəzən əzməyə çalışırlar.

Onun sözlərinə görə, sosial şəbəkə platformalarında aqressiya, şantaj və mənfi davranışlar artıb, bu isə ümumi dəyərlərin zəifləməsinə gətirib çıxarır. Psixoterapevt vurğulayıb ki, dünyada sanki sevgi itib, humanizm anlayışı ikinci plana keçib. Azərbaycanda və ümumilikdə cəmiyyətdə mövcud psixoloji vəziyyəti şərh edən psixoterapevt manipulyasiya, qısqanclıq və mənəvi dəyərlərin aşınmasının artdığını bildirib.

Onun fikrincə, bəzi hallarda insanlar davranışlarının nəticəsini bilsələr də, ya emosional impulslarla, ya da dərk etmədən hərəkət edirlər.

Rövşən Nəcəf əlavə edib ki, cəmiyyətdə koqnitiv geriləmə müşahidə olunur, insanlar hadisələri daha zəif analiz edir və bu da sosial münasibətlərə mənfi təsir göstərir.

Mövzu ilə bağlı daha ətraflı RTV-nin videomüsahibəsində: