10-3-2-1-0 qaydası: Keyfiyyətli yuxu üçün tövsiyələr
Sağlamlıq
Mütəxəssislər keyfiyyətli yuxu üçün "10-3-2-1-0" qaydasını tövsiyə edirlər.
News24.az xəbər verir ki, bu üsul yatmazdan əvvəlki saatları planlaşdırmağa kömək edir.
Qaydaya əsasən:
10 saat əvvəl kofein qəbulunu dayandırın.
3 saat əvvəl yemək və alkoqol qəbul etməyin.
2 saat əvvəl iş və digər zehni yoran fəaliyyətləri bitirin.
1 saat əvvəl telefon, planşet və televizordan uzaq durun.
0 – Səhər zəngli saat çalanda mürgüləmə (snooze) düyməsini basmayın.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli yuxusuzluq və gün ərzində davamlı yorğunluq hallarında həkimə müraciət etmək vacibdir.