18 -72 yaş aralığında olan şəxslərin diqqətinə!

18 -72 yaş aralığında olan şəxslərin diqqətinə! Sağlamlıq

Oregon Dövlət Universitetinin alimləri stressin azalması və psixoloji rifahın yaxşılaşması üçün açıq havada nə qədər vaxt keçirməyin deyil, insanın ətraf mühitə nə dərəcədə diqqət yetirməsinin daha vacib olduğunu müəyyənləşdiriblər.

News24.az xəbər verir ki, təbiətdə diqqət kəsilmək parkda məqsədsiz gəzməkdən daha təsirlidir.

Araşdırmada 18-72 yaş arasında 35 könüllü iştirak edib. Tədqiqatçılar onları iki qrupa bölüblər. Birinci qrup iki həftə ərzində hər gün təbiətdə 15 dəqiqəlik diqqətlilik məşqləri edib. İkinci qrup isə hər hansı xüsusi təlimat olmadan açıq havada gəzib.

Nəticələr göstərib ki, ətraflarına daha diqqətlə fokuslanan iştirakçıların psixoloji vəziyyətində əhəmiyyətli yaxşılaşma, narahatlıq səviyyəsində isə azalma müşahidə olunub.

Maraqlıdır ki, bu qrup nəzarət qrupundan daha az müddət açıq havada vaxt keçirməsinə baxmayaraq, daha nəzərəçarpan nəticələr əldə edib.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, psixoloji rifah səviyyəsi aşağı olan şəxslər strukturlaşdırılmış diqqətlilik proqramından daha çox fayda görüblər. Rifah səviyyəsi yüksək olan iştirakçılarda isə təsir daha zəif olub.

Tədqiqatın aparıcı müəllifi Dr. Sabine Humer bildirib ki, nəticələr təbiətlə qarşılıqlı əlaqənin keyfiyyətinin açıq havada keçirilən vaxtın müddətindən daha əhəmiyyətli ola biləcəyini göstərir.