50 yaşdan yuxarı olanların nəzərinə!

50 yaşdan yuxarı olanların nəzərinə! Sağlamlıq

Braziliya və Böyük Britaniyadan olan alimlər qarın nahiyəsində piylənmə ilə D vitamini çatışmazlığının birlikdə 50 yaşdan yuxarı insanlarda ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər.

News24.az xəbər verir ki, araşdırma çərçivəsində 50 yaşdan yuxarı 5520 nəfərin sağlamlıq göstəriciləri altı il ərzində izlənilib. Məlum olub ki, qarın piylənməsi ölüm riskini 47 faiz, D vitamini çatışmazlığı isə 91 faiz artırır. Hər iki amil birlikdə olduqda isə risk 123 faizə yüksəlir.

Tədqiqat müəlliflərinin sözlərinə görə, qarın piyləri D vitamininin qanda istifadəsini çətinləşdirir, bu isə immun, ürək-damar və digər orqanların fəaliyyətinə mənfi təsir göstərir.

Alimlər bildiriblər ki, D vitamini çatışmazlığının aradan qaldırılması və qarın piylənməsinin azaldılması sağlam yaşlanma üçün mühüm əhəmiyyət daşıyır.