7 illik araşdırma ortaya çıxardı: - yumurta yeyənlər...
Sağlamlıq
Yumurta, müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biri olan Alzheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərir. Harvard Universitetində aparılan və sorğu nəticələrinə əsaslanan 7 illik araşdırmada, yumurtada olan "kolin" adlı maddənin beyin hüceyrələrini qorumağa kömək etdiyi müəyyən olunub. Araşdırmada 1024 yetkin şəxsin məlumatları analiz edilib.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, kolin maddəsi yaddaşı gücləndirir və zehni funksiyaları dəstəkləyir. Həftədə ən azı iki dəfə yumurta istehlakı, beyin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Xeyrənsə Piriyeva