Ağardıcı diş məcunları diş minasına zərər verə bilər - XƏBƏRDARLIQ
Sağlamlıq
Ağardıcı diş məcunlarının həddindən artıq istifadəsinin dişlərə zərər verə biləcəyi barədə xəbərdarlıq edilib.
News24.az xəbər verir ki, bu barədə stomatoloq Kristofer Alpers bu fikirləri “Yahoo”ya açıqlamasında səsləndirib.
Həkimin sözlərinə görə, bu məcunlar ləkələri təmizləsə də, zamanla diş minasının aşınmasına və diş həssaslığının artmasına səbəb ola bilər.
Alpers bildirib ki, minanın aşınması dişlərin daha solğun görünməsinə, həmçinin qırılma və çatlama riskinin artmasına gətirib çıxara bilər. O vurğulayıb ki, sağlam diş minası ağ dişlərdən daha vacibdir.