Ağcaqanadlar niyə sizi daha çox dişləyir? Səbəb üzə çıxdı

Ağcaqanadlar niyə sizi daha çox dişləyir? Səbəb üzə çıxdı Sağlamlıq

Ağcaqanadların niyə bəzi insanları digərlərindən daha çox dişlədiyi araşdırılıb.

News24.az xəbər verir ki, tədqiqatlara əsasən bu seçimin təsadüfi olmadığı və bir sıra amillərlə bağlı olduğu müəyyən edilib.

Belə ki, əsas səbəblər bədən qoxusu, istilik, rütubət və nəfəs zamanı xaric edilən karbon qazıdır.

Fransadakı İnkişaf naminə Fransız Tədqiqat İnstitutunun mütəxəssisi Frederik Simard bildirib ki, ağcaqanadların bəzi insanlara daha çox yönəlməsi elmi cəhətdən təsdiqlənib.

Mütəxəssislərin sözlərinə görə, insanları yalnız dişi ağcaqanadlar dişləyir. Onlar əvvəlcə uzaq məsafədən karbon qazını, daha sonra isə bədən qoxusu və temperaturu hiss edərək hədəfi müəyyən edirlər.

Alimlər qeyd edirlər ki, qan qrupu, dəri və saç rəngi ağcaqanadların seçimində rol oynamır. Əsas amil dəridə mikroorqanizmlərin yaratdığı qoxu birləşmələridir.

Tədqiqatlarda “1-octen-3-ol” adlı maddənin ağcaqanadları daha çox cəlb etdiyi müəyyən olunub.

Araşdırmalar həmçinin göstərir ki, alkoqol, xüsusilə pivə qəbulu bədən temperaturunu və qoxunu dəyişdirdiyi üçün ağcaqanadların cəlbediciliyini artıra bilər. Burkino-Faso və Niderlandda aparılan tədqiqatlar pivə içən şəxslərin ağcaqanadlar üçün daha cəlbedici olduğunu təsdiqləyib.

Nilufər