Aİ mədəaltı vəzi xərçənginin müalicəsi üçün yeni dərmanı TƏSDİQLƏDİ

Aİ mədəaltı vəzi xərçənginin müalicəsi üçün yeni dərmanı TƏSDİQLƏDİ Sağlamlıq

Avropa Komissiyası metastatik mədəaltı vəzi xərçənginin müalicəsində istifadə olunan “Daraxonrasib” dərmanının satışına icazə verib.

News24.az xəbər verir ki, bu barədə dərmanı hazırlayan “Revolution Medicines” şirkəti məlumat yayıb.

Preparat əvvəllər ən azı bir dəfə sistemli müalicə almış, xərçəngi digər orqanlara yayılmış yetkin xəstələr üçün nəzərdə tutulub.

Dərmanın təsdiqi Avropa Dərman Agentliyinin müsbət elmi rəyindən sonra baş tutub. Onun keyfiyyət, təhlükəsizlik və effektivlik göstəriciləri sürətləndirilmiş qiymətləndirmə prosesi çərçivəsində araşdırılıb.

Qeyd edək ki, dərmanın xəstələr üçün əlçatanlığı Aİ-yə üzv ölkələrdə qiymət və ödəniş məsələləri ilə bağlı qərarlardan asılı olacaq.