Alimlər diş minasını bərpa edən gel hazırladı

Alimlər diş minasını bərpa edən gel hazırladı Sağlamlıq

Alimlər zədələnmiş diş minasının bərpasına kömək edən zülal əsaslı gel hazırlayıblar.

News24.az xəbər verir ki, bu barədə Nottinqem Universitetinin tədqiqatçılarının araşdırmasında bildirilib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Laboratoriya sınaqları zamanı gel diş səthində mina quruluşuna bənzər, 10 mikrometr qalınlığında mineral təbəqənin yaranmasına kömək edib.

Alimlərin sözlərinə görə, yeni üsul diş minasının aşınmasının qarşısını almaq, eroziyanı azaltmaq və diş həssaslığını aradan qaldırmaq üçün gələcəkdə istifadə oluna bilər.