Alimlər təsdiqlədi: Gündə bir dəfə gülmək beyinə müsbət təsir edir

Alimlər təsdiqlədi: Gündə bir dəfə gülmək beyinə müsbət təsir edir Sağlamlıq

Alimlər müəyyən ediblər ki, gündə cəmi bir dəfə səmimi şəkildə gülmək beynin fəaliyyətinə və ruh halına müsbət təsir göstərir.

News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gülüş stressi azaltmağa, əhvalı yaxşılaşdırmağa və insanın özünü daha rahat hiss etməsinə kömək edir.

Araşdırmalara əsasən, gülüş zamanı orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi azalır, xoşbəxtlik hissi yaradan endorfin və digər faydalı maddələrin ifrazı isə artır. Bu dəyişikliklər insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Nevrologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, beyin bəzi hallarda səmimi gülüşlə sonradan yaranan təbəssüm arasında ciddi fərq qoymur. Üz əzələləri gülümsəmə formasını aldıqda beyin bunu müsbət siqnal kimi qəbul edir və əhvalın yaxşılaşmasına kömək edən bioloji prosesləri işə salır.

Mütəxəssislər bildirirlər ki, insan özünü pis hiss etdiyi anlarda belə yüngül təbəssüm etməyə çalışarsa, bu, ruh halının tədricən yaxşılaşmasına və stresin azalmasına dəstək ola bilər.