Uzunömürlüyün əsas səbəbi bu imiş – Yeni araşdırma

Uzunömürlüyün əsas səbəbi bu imiş – Yeni araşdırma Sağlamlıq

Yetərli qədər yatmaq ömrü uzadırmış. Alimlərin son araşdırmasına görə, fiziki aktivliklə müqayisədə dərin və doyunca yatmaq uzun yaşamaq üçün daha vacibdir.

News24.az xəbər verir ki, Oregon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma “Sleep Advances” jurnalında dərc olunub.

Alimlər 2019-2025-ci illər ərzində ABŞ-ın müxtəlif əyalətlərində yaşayan insanların məlumatlarını təhlil edərək, ömür uzunluğunu müntəzəm olaraq gecə 7 saatdan az yatan insanların nisbəti ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, yuxusuzluğun daha geniş yayıldığı bölgələrdə orta ömür daha qısa olub. Fiziki aktivlik, qidalanma, təhsil, məşğulluq və digər amillər nəzərə alındıqdan sonra da bu fakt təsdiqlənib.

Araşdırmaya əsasən, yuxu çatışmazlığı ilə müqayisədə yalnız siqaret çəkməyin ömrün uzunluğuna ciddi təsir göstərdiyi bəlli olub. Növbəti önəmli səbəbin isə piylənmə olduğu sübut edilib.