Alimlərdən maraqlı kəşf: Həftədə 5 yumurta yemək...

Alimlərdən maraqlı kəşf: Həftədə 5 yumurta yemək... Sağlamlıq

Əzələ sağlamlığı ilə beyin fəaliyyəti arasında gözlənilməz əlaqə aşkarlanıb.

News24.az xəbər verir ki, alimlərin son araşdırmasına görə, həftədə beş və ya daha çox yumurta istehlak edən yaşlı insanlarda Alzeymer xəstəliyinə tutulma riski 27 faizədək aşağı ola bilər.

Mütəxəssislər bildirirlər ki, yaşla birlikdə əzələ kütləsinin azalması yalnız fiziki zəifliyə deyil, həm də yaddaş və idrak problemlərinə səbəb ola bilər. Araşdırmalar əzələ gücünün zəifləməsi ilə koqnitiv geriləmə arasında əlaqə olduğunu göstərir.

Qeyd olunur ki, yumurtanın tərkibindəki yüksək keyfiyyətli protein, xolin və digər qida maddələri həm əzələlərin, həm də beynin sağlam fəaliyyətini dəstəkləyir.

Mütəxəssislər sağlam qidalanma, kifayət qədər protein qəbulu və aktiv həyat tərzinin həm əzələ itkisini azaltmaq, həm də beyin sağlamlığını qorumaq baxımından vacib olduğunu vurğulayırlar.