Alimlərdən xəbərdarlıq: Bu qidalar xəstəlik riskini artırır
Sağlamlıq
Çox emal olunmuş qidaların sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb.
News24.az xəbər verir ki, araşdırmada 51 elmi tədqiqatın nəticələri və 8,8 milyona yaxın insanın məlumatları təhlil edilib.
Nəticələrə görə, Fast-fud, qazlı içkilər və şirniyyatları daha çox qəbul edən insanlarda ürək-damar xəstəlikləri, diabet, piylənmə, həzm sistemi xəstəlikləri və bəzi digər sağlamlıq problemlərinin riski daha yüksək olub.
Alimlər çox emal olunmuş qidaların qəbulunun azaldılmasının sağlamlıq baxımından faydalı ola biləcəyini bildirirlər.