Appendiksin çıxarılması xərçəng riskini azalda bilər
Sağlamlıq
Appendiks iltihabı zamanı tətbiq olunan müalicə üsullarının uzunmüddətli təsirləri ilə bağlı yeni nəticələr əldə edilib.
News24.az xəbər verir ki, yeni araşdırmaya əsasən, appendiksin cərrahi yolla çıxarılması gələcəkdə yoğun bağırsaq xərçəngi riskini azalda bilər.
Tədqiqatçılar appendisit diaqnozu qoyulmuş 30 mindən çox insanın məlumatlarını araşdırıblar. Appendiksi əməliyyatla çıxarılan şəxslərdə sonradan kolorektal xərçəngə rastgəlmə göstəricisi 0,7 faiz, yalnız antibiotiklə müalicə olunanlarda isə 1,7 faiz olub.
Nəticələr əməliyyat keçirən qrupda riskin daha aşağı olduğunu göstərib. Bununla belə, mütəxəssislər bu nəticələrin appendisit zamanı hər kəsin mütləq əməliyyat olunmalı olduğu anlamına gəlmədiyini vurğulayırlar.