Arıqlama iynələrinin yeni təsiri: Üz dərisini yaşlandırır

Arıqlama iynələrinin yeni təsiri: Üz dərisini yaşlandırır Sağlamlıq

Son illərdə geniş yayılan arıqlama iynələri artıq çəkidən xilas olmağa kömək etsə də, üzün görünüşünə mənfi təsir göstərir.

News24.az xəbər verir ki, Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə Mütəxəssisi Berker Büyükgüralın sözlərinə görə, sürətli yağ itkisi yanaqlarda çöküklük, gözaltı nahiyədə dərinləşmə, çənə xəttində və boyunda sallanma yaradır.

Mütəxəssis qeyd edib ki, xaricdə "Ozempic Face" adlandırılan bu vəziyyət dərmanın yan təsiri deyil, sürətli çəki itkisinin üz toxumalarında yaratdığı dəyişikliklərin nəticəsidir.

Onun fikrincə, arıqlama müalicələrinin populyarlığının artması ilə gələcəkdə üz və boyungərmə əməliyyatlarına da tələbat yüksələcək.