Azərbaycanda astma xəstələrinin sayı açıqlandı

Azərbaycanda astma xəstələrinin sayı açıqlandı Sağlamlıq

2026-cı ilin əvvəlinə Azərbaycanda qeydiyyatda olan astma xəstələrinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi News24.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə ölkənin tibb müəssisələrində bronxial astma diaqnozu ilə 14 min 798 nəfər qeydiyyatda olub.