“Beyin yeyən amöb"dən qorunmağın yolları
Sağlamlıq
Burun kliplərindən istifadə “beyin yeyən amöb” kimi tanınan Negleria Fovlerinə yoluxma riskini azaltmağa kömək edə bilər.
News24.az xəbər verir ki, bu barədə Nyu-York Şəhər Səhiyyə Departamenti məlumat yayıb.
Şəhər sakinlərinə şirin suda üzərkən burunlarını tutmaları, burun boşluqlarını yumaq üçün isə distillə edilmiş və ya əvvəlcədən qaynadılmış sudan istifadə etmələri tövsiyə olunub.
Bununla belə, şəhər sakinləri üçün yoluxma riskinin son dərəcə aşağı olduğu vurğulanıb.
Qurumun məlumatına görə, Fowver amöbü ilə yoluxma hallarının əksəriyyəti göl və gölməçələr kimi təmizlənməmiş şirin sularda çimərkən və ya daha isti iqlimə malik ərazilərdə baş verir.