Beynin qocalmasının gözlənilməz əlaməti AÇIQLANDI
Sağlamlıq
Alimlər boyundakı limfa düyünlərinin vəziyyətinin beynin qocalma prosesinə təsir göstərə biləcəyini müəyyən ediblər.
News24.az xəbər verir ki, araşdırmaya görə, yaş artdıqca boyun limfa düyünləri kiçilir və bu, beyindəki zərərli maddələrin xaric edilməsini çətinləşdirə bilər.
Tədqiqatçılar 96 elmi işi təhlil ediblər.
MRT nəticələri göstərib ki, 50 yaşdan yuxarı insanlarda boyun limfa düyünləri daha kiçik, limfa kanalları isə daha qalın olur.
Heyvanlar üzərində aparılan təcrübələr də limfa sisteminin zəifləməsinin beyində zəhərli maddələrin toplanmasına səbəb ola biləcəyini göstərib.
Alimlər hesab edirlər ki, bu proses gələcəkdə Alzheimer xəstəliyi kimi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərin inkişafında rol oynaya bilər.
Tədqiqatçılar hazırda boyundakı limfa damarlarının fəaliyyətini yaxşılaşdırmağa kömək edə biləcək qeyri-invaziv cihazlar üzərində işləyirlər.