Bu çiyələkləri yeməyin - Diqqət!

Bu çiyələkləri yeməyin - Diqqət! Sağlamlıq

Ekspert Maksim Larionov hansı çiyələklərin sağlamlıq üçün təhlükə yarada biləcəyini izah edib.

News24.az xəbər verir ki, ekspertin sözlərinə görə, tərkibində həddən artıq nitrat olan çiyələklər zərərli ola bilər.

O bildirib ki, giləmeyvənin hər kiloqramında 100 mq-dan çox nitratın olması zərərli hesab edilir. Ekspert həmçinin pestisidlərin mənfi təsiri barədə də xəbərdarlıq edib.

Larionovun qeyd edib ki, bu cür giləmeyvələrin istehlakı ürəkbulanma, qusma, ishal və başgicəllənmə də daxil olmaqla bir sıra xoşagəlməz simptomlara səbəb ola bilər. O, hamilə qadınları və uşaqları xüsusilə ehtiyatlı olmağa çağırıb. Ekspert həmçinin üç gündən çox qalan və ya xarab olma əlamətləri hiss olunan giləmeyvələri almamaq barədə xəbərdarlıq edib.