Bu dərmanlar ömrü uzadır - Alimlər təsdiqlədi
Sağlamlıq
ABŞ-li alimlər apardıqları araşdırma nəticəsində yaşlanma prosesini ləngidə biləcək bəzi dərmanlar müəyyən ediblər.
News24.az xəbər verir ki, "Nature Aging" jurnalında dərc olunan tədqiqata görə, ən diqqətçəkən namizədlərdən biri burun spreyi kimi istifadə olunan oksimetazolin olub. Araşdırmada aspirin də perspektivli dərmanlar sırasında yer alıb.
Alimlər minlərlə təsdiqlənmiş dərmanı analiz edərək onların yaşlanma ilə əlaqəli genlərə təsirini araşdırıblar. Nəticələr göstərib ki, oksimetazolin hüceyrələr arasında əlaqəni yaxşılaşdırmağa kömək edə bilər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, bu nəticələr həmin dərmanların insan ömrünü uzatdığını hələ sübut etmir. Onların təsirini təsdiqləmək üçün əlavə laboratoriya və klinik araşdırmalara ehtiyac var.