Bu əlamətlər ağır xəstəliyin başlanğıcıdır
Sağlamlıq
Parkinson xəstəliyinin nəzərə çarpmayan erkən əlamətləri açıqlanıb.
News24.az xəbər verir ki, Parkinson xəstəliyi ilkin mərhələdə çox vaxt stress, yaşlanma və ya yorğunluqla səhv salındığı üçün diqqətdən kənarda qalır.
Lakin xəstəliyin ilk əlamətləri hərəkət pozğunluqları başlamazdan 10–15 il əvvəl ortaya çıxa bilər.
Mütəxəssislər bildirib ki, erkən əlamətlərə yuxululuq, yuxusuzluq, qoxu hissinin zəifləməsi, həzm problemləri, vegetativ sinir sistemi pozğunluqları və tez yorulma daxildir.
Xəstəlik inkişaf etdikcə yüngül titrəmə, hərəkətlərin ləngiməsi, əzələlərdə gərginlik, az göz qırpma, mimikanın zəifləməsi və monoton nitq müşahidə olunur.
Həkimlər son illərdə Parkinson xəstəliyinin "cavanlaşdığını", artıq bəzi insanlarda 40 yaşdan etibarən erkən əlamətlərin aşkarlandığını vurğulayıb.
Bildirilib ki, xəstəliyin tam müalicəsi olmasa da, erkən diaqnoz inkişaf riskini azaltmağa və vəziyyəti nəzarətdə saxlamağa kömək edir.
Profilaktika üçün müntəzəm idman, sağlam qidalanma, aktiv sosial həyat və zehni fəaliyyət tövsiyə olunur.