Bu əlamətlər varsa, yaz allergiyasıdır - MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ
Sağlamlıq
Yaz mövsümündə havada tozcuqların artması uşaqlarda allergik xəstəliklərin çoxalmasına səbəb olub.
News24.az xəbər verir ki, mütəxəssis həkim Cəmaləddin Günəş son həftələrdə xüsusilə tozcuq allergiyası ilə bağlı müraciətlərin artdığını bildirib. Onun sözlərinə görə, allergik rinit burun axıntısı, asqırma və qaşınma, allergik konyunktivit isə gözlərdə qızartı və sulanma ilə özünü göstərir. Allergik astma zamanı isə öskürək, nəfəs darlığı və xırıltılı nəfəsalma yaranır.
Həkim qeyd edib ki, bu əlamətlər çox vaxt soyuqdəymə ilə qarışdırılır. Şikayətlər uzun müddət davam edərsə, uşağın allergiya müayinəsindən keçirilməsi tövsiyə olunur.
Mütəxəssis ailələrə səhər saatlarında və küləkli havalarda uşaqların çöldə az vaxt keçirməsini də məsləhət görüb.