Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır Sağlamlıq

Rusiyalı həkim-nevroqastroenteroloq Andrey Simakov qida asılılığı yaradan əsas məhsulun təkcə şəkər olmadığını bildirib.

News24.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən güclü asılılığı daha çox qəhvə və dad gücləndiricili qidalar — çips, kolbasa, pendir, konservlər, souslar yaradır.

Həkim qeyd edib ki, qəhvə əsasən psixoloji asılılıq formalaşdırır. İnsan onu səhər oyanmaq, işləmək və gündəlik enerji almaqla əlaqələndirir. Buna görə də qəhvədən imtina bir çoxlarına şirniyyatdan imtinadan daha çətin gəlir.

Dad gücləndiricili məhsullar isə insanı aclığa görə deyil, güclü dad hissi və həzz səbəbilə təkrar-təkrar yeməyə sövq edir.

Mütəxəssis əlavə edib ki, uşaqlar belə qidalara daha tez alışırlar, çünki onların güclü dad stimullarına həssaslığı daha yüksəkdir. /Gazeta.ru/