Bu qidalar dişlərinizin rəngini dəyişir

Bu qidalar dişlərinizin rəngini dəyişir Sağlamlıq

Çay, qəhvə, qırmızı şərab, şirələr və süni boyalar olan qidalar dişlərin rənginə təsir göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Mariya Belayeva açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, qida piqmentləri daha çox diş plomblarının rəngini dəyişir.

Bununla belə, mütəmadi çay və qəhvə içmək dişlərin üzərində ərp yaranmasına səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, diş minası daha keçiricidirsə, rəngli maddələri asanlıqla özünə hopdurur. Turşu və şəkərlə zəngin qidalar isə minanın mineral itkisini sürətləndirərək onu zəiflədir. Nəticədə dişlər daha tez tündləşə bilər.

Belayeva belə qida və içkilərdən sonra ağızı su ilə yaxalamağı tövsiyə edib. Şirə və qəhvəni borucuqla içmək də onların dişlə təmasını azaltmağa kömək edir.

Həkim həmçinin mina keçiriciliyi yüksək olan şəxslərə stomatoloq məsləhəti ilə təxminən iki həftəlik reminerallaşdırıcı gel müalicəsi təyin edilə biləcəyini bildirib.