Bu çərəzi hər gün yeyin – həkimlərdən tövsiyə

Bu çərəzi hər gün yeyin – həkimlərdən tövsiyə Sağlamlıq

Çərəzlər yüksək kalorili qida hesab olunsa da, mütəxəssislər onların sağlam qidalanma rasionunda mühüm yer tutduğunu bildirirlər.

News24.az xəbər verir ki, araşdırmalara görə, həftədə bir neçə dəfə çərəz istehlakı infarkt, qəfil ürək ölümü və ürək-damar xəstəlikləri riskini 30-50 faiz azalda bilər.

Mütəxəssislərin fikrincə, ürək sağlamlığı baxımından ən faydalı çərəz qozdur. Qoz orqanizmin özü tərəfindən istehsal olunmayan omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr qanda triqliseridlərin səviyyəsini azaltmağa kömək edir. Triqliseridlərin yüksək olması isə "pis" xolesterinin mənfi təsirlərini gücləndirə bilər.

Məlumata görə, qanda "pis" xolesterinin (LDL) artması damar divarlarında lövhəciklərin yaranmasına, damarların daralmasına və qan dövranının zəifləməsinə səbəb olur. Bu isə zamanla ürəyin daha çox işləməsinə və ürək-damar problemləri riskinin yüksəlməsinə gətirib çıxara bilər.

Qozun tərkibindəki omeqa-3 yağ turşularının "yaxşı" xolesterinin (HDL) səviyyəsini artırdığı, qan damarlarının rahatlamasına kömək etdiyi və qan təzyiqinin azalmasına müsbət təsir göstərdiyi qeyd edilir.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün həftədə beş porsiya çərəz istehlak etməyi, gündə isə təxminən dörddəbir stəkan qoz yeməyi tövsiyə edirlər. (Mensjournal)