Bu saatlarda ürək tutması və insult riski yüksək olur

Bu saatlarda ürək tutması və insult riski yüksək olur Sağlamlıq

Səhər saat 06:00-dan 09:00-dək infarkt və insult riski arta bilər.

News24.az xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisi Trişa Paşriça “The Washington Post” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu saatlarda insult riski 72 faiz, infarkt riski isə 40 faiz artır. Bu, səhərlər qan təzyiqinin yüksəlməsi, hormonal dəyişikliklər və qanın laxtalanma meylinin artması ilə əlaqələndirilir.

Mütəxəssis xüsusilə yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərə səhər saatlarında göstəricilərini nəzarətdə saxlamağı və təyin olunmuş dərmanları vaxtında qəbul etməyi tövsiyə edib.