Bu simptomlar ağciyər xəstəliyinin əlamətləri ola bilər

Bu simptomlar ağciyər xəstəliyinin əlamətləri ola bilər Sağlamlıq

Qəfil başlayan sinə ağrısı və nəfəs darlığı ağciyər çökməsi (pnevmotoraks) və ya ağciyər emboliyası kimi həyati təhlükəli xəstəliklərin əlaməti ola bilər.

News24.az xəbər verir ki, xüsusilə gənclərdə rast gəlinən pnevmotoraks ağciyər qişaları arasında hava yığılması nəticəsində yaranır və təcili tibbi müdaxilə tələb edir.

KOAH və astma kimi xroniki ağciyər xəstəliklərinin kəskinləşməsi də oxşar şikayətlərə səbəb ola bilər.

Həkimlər vurğulayıb ki, qəfil sinə ağrısı və nəfəs darlığı yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz həyati əhəmiyyət daşıyır.